“Qarabağ” – “Dinamo” oyununun biletləri satışda
“Qarabağ”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə Bakıda keçiriləcək cavab oyunu üçün biletlər satışa çıxarılıb.
Msport.az xəbər verir ki, standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN-dir.
VIP sektorlar üçün biletlər 50, 75 və 100 AZN, VVIP sektor üçün isə 150 AZN təşkil edir.
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkün olacaq.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.







