featured-image-81153

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” III təsnifat mərhələsində ilk oyuna çıxıb.

Msport.az xəbər verir ki, Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasının qonağı olub.

Polşanın Lublin şəhərində yerləşən eyniadlı stadionda keçirilən görüş “Dinamo”nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Bənzər xəbərlər