featured-image-81446

“Qarabağ”ı daha bir futbolçu tərk edir.

Msport.az xəbər verir ki, kapitan Abdullah Zubir 8 ildən sonra Ağdam klubundan ayrılır.

34 yaşlı yarımmüdafiəçi “Əl-Şahaniya” klubu ilə müqavilə bağlamaq üçün Qətərə yollanıb.

Mərakeş əsilli  fransalı oyunçunun “Qarabağ”la 1 illik müqaviləsi qaldığından Qurban Qurbanovun komandası bu gedişdən az da olsa pul qazanacaq.

Zubirin Qətər klubu ilə 2 illik müqavilə bağlaması gözlənilir.

Zubir “Qarabağ”da 369 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə verib.

“Qarabağ”ın yaxın vaxtlarda bu ayrılığı açıqlayacağı gözlənilir.

 

Bənzər xəbərlər