“Qarabağ”ı yaxşı tanıyırıq”
“Qarabağ”ı yaxşı tanıyırıq”.
Msport.az xəbər verir ki, bunu Cəbəllütariqin “Linkoln” klubunun müdafiəçisi Cek Serjent deyib.
Cəbəllütariq millisinin futbolçusu Azərbaycan çempionundan çəkinmədiklərini bildirib: “Qarabağ” Avropada uğurlu nəticələr qazanan böyük klubdu. Ancaq futbol 90 dəqiqə meydanda oynanılır. Biz bu komanda önünə qələbə üçün çıxacağıq. Ən yaxşı nəticəyə ümid edəcəyik. Ötən mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsində bu komandaya qarşı oynamışıq”.
Qeyd edək ki, “Qarabağ”la “Linkoln” arasında oyunlar iyulun 23-də və 30-da keçiriləcək.