featured-image-71268

“Qarabağ” Azərbaycan Premyer Liqasının X turunda “İmişli”yə qalib gəlib.

Msport.az xəbər verir ki, “Azərsun Arena”da keçirilən qarşılaşma Qurban Qurbanovun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə bitib.

Qolları Abdullah Zubir (52) və Emanuel Addai (82) vurublar. Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 20 xalla birinci pillədə qərarlaşıb. “İmişli” 12 xalla yeddincidir.

Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.

Bənzər xəbərlər