"Qarabağ"ın bir rəqibi "Qalatasaray"la, digəri "Braqa" ilə qarşılaşacaq
Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində III tura start veriləcək.
Msport.az xəbər verir ki, ilk olaraq iki qarşılaşma təşkil olunacaq.
“Qarabağ”ın rəqiblərindən İsveçin “Elfsborq” klubu Türkiyədə “Qalatasaray”la üz-üzə gələcək.
Norveçin “Bodo Qlimt” komandası ilə Portuqaliyada “Braqa”nın qonağı olacaq.
Qeyd edək ki, “Qarabağ” noyabrın 7-də “Budyo Qlimt”in, dekabrın 11-də isə “Elfsborq”un qonağı olacaq. Liqa mərhələsinin digər matçları oktyabrın 24-də təşkil olunacaq.