"Qarabağ"ın daha bir futbolçusu cavab oyununu buraxacaq
“Qarabağ”ın daha bir futbolçusu Bakıda Xorvatiyanın “Dinamo” komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxacaq.
Msport.az xəbər verir ki, Azərbaycan çempionunun aparıcı yarımmüdafiəçisi Julio Romao cəzalı duruma düşüb.
Braziliyalı oyunçu “köhlət atlar”ın ötən gün rəqibinə 0:3 hesabı ilə uduzduğu görüşdə sarı vərəqə alıb. Bu, onun mövsümdə 3-cü xəbərdarlığı olub.
Marko Yankoviç və Marko Veşoviç də zədə səbəbindən sözügedən qarşılaşmada iştirak edə bilməyəcək.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.