"Qarabağ"ın daha bir futbolçusu zədələndi
“Qarabağ”ın futbolçusu Renaldo Sefas Yamayka millisinin düşərgəsində zədələnib.
Msport.az xəbər verir ki, vinger KONKAKAF Millətlər Liqasında Hondurasla görüşdə sıradan çıxıb. 26 yaşlı oyunçu matçın 12-ci dəqiqəsində zədə alıb və əvəzlənib.
Sefasın zədəsinin nə dərəcədə ciddi olduğu hələ bəlli deyil.. Oyun Hondurasın 1:0 hesablı qələbəsi ilə başa çatıb.







