“Qarabağ”ın daha bir komandası çempion oldu
AFFA U-14 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.
Msport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzində üçüncü yer uğrunda oyun, “ASCO Arena”da isə final görüşü keçirilib. Bürünc mükafat uğrunda matçda “Vətən İOEUGFMPHŞ” üzərində 2:1 hesablı qələbə qazanan “Qəbələ” komandası yarışı üçüncü sırada tamamlayıb.
Ardından final qarşılaşmasında “Sabah” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Rəqibinə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” çempion olub. “Sabah” isə gümüş medallara yiyələnib.
Ən məhsuldar oyunçu “Şirvansaray”ın futbolçusu Qabil Kərimli olub.
Mövsümün ən yaxşı oyunçusu adına isə “Qarabağ”ın üzvü Daniil Rəcəbov layiq görülüb.