featured-image-54107

“Qarabağ” klubu futbolçusu Hamidu Keyta ilə yollarını ayırır.

Msport.az xəbər verir ki, 30 yaşlı oyunçu Türkiyə təmsilçisi “Konyaspor”a keçəcək.

Bu barədə yerli jurnalist Halil Yılmazer bildirib. Onun sözlərinə görə, Keyta ilə 2 illik sözləşmə imzalanacaq. Superliqa klubu bu keçid üçün heç bir məbləğ ödəməyəcək.

Qeyd edək ki, Hamidu Keyta 2023-cü ildə “Zirə”dən “Qarabağ”a keçib.

Bənzər xəbərlər