featured-image-45193

“Tarix yazdıq”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo şəxsi instaqram hesabında yazıb.

27 yaşlı hücumçu Almaniyada “Bayer 04″ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı paylaşım edib.

Braziliyalı forvard həmçinjn “Bu anı yaşatdığı üçün “Qarabağ”a təşəkkür edirəm” yazıb.

Qeyd edək ki, Bakıda Leverkuzen təmsilçisi ilə heç-heçə edən (2:2) Azərbaycan çempionu turnirdə mübarizəni dayandırıb.

Bənzər xəbərlər