"Qarabağ"ın istədiyi növbəti qapıçı
“Qarabağ”ın transfer etmək istədiyi daha bir qapıçının adı bəlli olub.
Msport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Sloveniyanın “Koper” klubunda çıxış edən Adnan Qoluboviçlə maraqlanıb.
Lakin 28 yaşlı qolkiperin Azərbaycan çempionuna keçidi qeyri-müəyyən səbəblərdən baş tutmayıb.
Qeyd edək ki, “Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev zədəlidir. Qolu sınan qolkiper təqribən 1 ay yaşıl meydanlardan kənarda qalacaq.







