“Golden Player” mükafatının sahibi açıqlandı
“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haland İtaliyanın “Tuttosport” nəşrinin ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “Golden Player” mükafatını qazanıb.
Msport.az xəbər verir ki, norveçli futbolçu səsvermənin nəticələrinə əsasən karyerasında ikinci dəfə bu mükafata layiq görülüb.
O, ilk dəfə 2023-cü ildə bu uğura imza atıb. Haland 2026-cı ildə klub və milli komandanın heyətində keçirdiyi 53 oyunda 46 qol vurub, beş məhsuldar ötürmə edib.
Hücumçu “Mançester Siti” ilə İngiltərə Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb. O, həmçinin 27 qolla Premyer Liqanın bombardiri olub.
Bundan başqa, Haland 2026-cı il dünya çempionatında beş dəfə fərqlənib.







