featured-image-45714

Fransanın “Tuluza” klubu “Qarabağ”ın futbolçusu Olavio Juninyo ilə maraqlanır.

Msport.az xəbər verir ki, bu barədə iddianı “Transfer Nabzı” X hesabı irəli sürüb.

Bildirilib ki, 27 yaşlı hücumçu Liqa 1 təmsilçisi ilə anlaşıb. Klub prezidenti Damyen Komollinin bu transferdə aktiv rol oynadığı bildirilib. Keçid mövsümün sonunda rəsmiləşəcəyi vurğulanıb.

Qeyd edək ki, forvardın ağdamlılarla müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

media-Screenshot_30

Bənzər xəbərlər