"Qarabağ"ın legioneri: "Hər şeyin yaxşı olacağına inanaq"
“Qarabağ”ın futbolçusu Kevin Medina Bakıda Bolqarıtan təmsilçisi “Ludoqorets”ə uduzduqları Çempionlar Liqasınınn III təsnifat mərhələsinin ilk oyunundan sonra paylaşım edib.
Msport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Gəlin hər şeyin yaxşı olacağına inanaq” yazıb.
Qeyd edək ki, qarşılaşma “köhlən atlar”ın məğlubiyyəti ilə bitib – 1:2. Cavab görüşü avqustun 13-də olacaq.