“Qarabağ”ın mümkün rəqibləri azaldı
“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki mümkün rəqibləri azalıb.
Msport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
II təsnifat mərhələsi hələ başlamadığı üçün püşkatmada əsasən cütlər iştirak edəcək. “Linkoln” – “Qarabağ” cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq.
Çempionlar yolu
Çempionlar yolu
1-ci qrup
Səpələnmişlər
“Linkoln” – “Qarabağ” cütünün qalibi
“Selye” – “Slovan” cütünün qalibi
“Styaua” – “Makkabi” T-Ə cütünün qalibi
Səpələnməmişlər
“Lüdoqorets” – “Dinamo” Mn cütünün qalibi
“Şemrok Rovers” – “Sparta” cütünün qalibi
APOEL – “Petrokub” cütünün qalibi
2-ci qrup
Səpələnmişlər
“Ferentsvaroş” – TNS cütünün qalibi
PAOK – “Borats” cütünün qalibi
“Bodo Qlimt” – RFŞ cütünün qalibi
Səpələnməmişlər
“Malmö” – “Klaksvik” cütünün qalibi
“Panevejis” – “Yagellonya” cütünün qalibi
“Santa Koloma” – “Midtulland” cütünün qalibi
Liqa yolu
Səpələnmişlər
“Reyncers”
“Slaviya”
“Zalsburq”
“Lill”
Səpələnməmişlər
“Luqano” – “Fənərbaxça” cütünün qalibi
“Dinamo” K – “Partizan” cütünün qalibi
“Union Sent Jiloaz”
“Tvente”
Qeyd edək ki, bu raundun görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.