"Qarabağ"ın "Olimpiya" ilə oyunlarının təqvimi açıqlandı
UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq “Qarabağ”ın oyunlarının başlama saatı açıqlanıb.
Msport.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını avqustun 24-də səfərdə keçirəcək. Lyublyanadakı görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Avqustun 31-də Bakıda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK komandasını mübarizədən kənarlaşdırıb. Azərbaycan çempionu pley-offa yüksəlməklə ən azı Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.