featured-image-57822

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Lion” oyununun hakimləri açıqlanıb.

Msport.az xəbər verir ki, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Nenad Minakoviç idarə ədəcək.

Baş hakim köməkçiləri Nikola Boroviç və Başko Bozoviç olacaq. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək. VAR-da Momçilo Markoviç, AVAR-da Novak Simoviç əyləşəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də start götürəcək.

Bənzər xəbərlər