featured-image-48484

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Ağdam klubu ilə müqavilə bağladığı haqda yayılan xəbərlərə yenidən münasibət bildirib.

Msport.az xəbər verir ki, təcrübəli qolkiper ölkəsinin mətbuatına açıqlama verib.

“Match TV”yə danışan Lunyov məlumatı təkzib edib. 32 yaşlı çərçivə qoruyucusu növbəti dəfə mövsümün sonunu gözlədiyini dilə gətirib: “Hər bir futbolçu haqda belə xəbərlər çıxır və bunu normal hesab edirəm. Açığı, bu cür məlumatlar diqqətimi yayındırmır, çünki fikir vermirəm. Bütün məsələlər mövsümün sonunda həllini tapacaq. Hazırda diqqətimi “Qarabağ”ın oyunlarına yönəltmişəm. Qarşıda bizi vacib görüşlər gözləyir. Kubokun finalına çıxacağıq”.

Qeyd edək ki, Andrey Lunyovun “Qarabağ”la qüvvədə olan müqaviləsinin müddəti mövsümün sonunda bitir.

Bənzər xəbərlər