“Qarabağ”ın rəqibi hücumçusunu icarəyə verdi
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın “Nant” klubu futbolçusu Bric Ndilunu icarəyə verib.
Msport.az xəbər verir ki, 22 yaşlı hücumçu mövsümün sonunadək “Şole”nin formasını geyinəcək.
Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 2019-cu ildə “Laval”dan “Nant”a transfer olunmuş fransalı forvard, 2020-ci ildən cəlb olunduğu əsas komandada cəmi 8 matça çıxıb. O, ötən mövsümü də “Keviyi Ruan”da icarədə keçirib.
“Qarabağ” Avroliqanın qrup mərhələsinin 2-ci turunda Bakıda qarşılaşdığı “Nant”ı 3:0 hesabı ilə məğlub edib. Bu komandalar arasındakı ikinci oyun oktyabrın 27-də Fransada baş tutacaq.