featured-image-36223

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Olimpiya” Sloveniya çempionatında 5-cı tur oyununa çıxıb.

Msport.az xəbər verir ki, Lyublyana təmsilçisi doğma meydanda “Çelye” ilə qarşılaşıb və 2:4 hesabı ilə uduzub.

“Olimpiya” 5 turdan sonra 9 xalla 3-cü pillədə qərarlaşıb, “Çelye” isə 13 xalla 1-cidir.

“Qarabağ”la “Olimpiya” arasındakı ilk matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların cavab görüşü isə avqustun 31-də Bakıda keçiriləcək.

Bənzər xəbərlər