"Qarabağ"ın rəqibi müəyyənləşir
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq. Msport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi də məlum olacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Səpələnmişlər sırasında olan Ağdam klubunun potensial rəqiblərindən yalnız biri – “Yaqelloniya” (Polşa) məlumdur.
Qurban Qurbanovun komandasının digər potensial rəqibləri I mərhələdə qalib gələn aşağıdakı cütlərdən biri olacaq:
“Çele” (Sloveniya) – “Flora” (Estoniya), FKSB (Rumıniya) – “Virtus” (San-Marino), “Differdanj” (Lüksemburq) – Kİ (Finlandiya), “Şemrok Rovers” (İrlandiya) – “Vikinqur” (İslandiya), “Linkoln” (Cəbəllütariq) – “Hamrun Spartas” (Malta), “Deçiç” (Monteneqro) – “Nyu Seynts” (Uels), “Pünik” (Ermənistan) – “Dinamo” (Minsk), “RFŞ (Latviya) – “Larn” (Şimali İrlandiya), Petrokub (Rumıniya) – “Ordabası (Qazaxıstan), “Balkani” (Kosovo) – “Santa Koloma” (Andorra), “Borats” (Bosniya və Herseqovina) – “Eqnatiya” (Albaniya).
Qeyd edək ki, UEFA Azərbaycan və Ermənistan klublarını püşkatma zamanı bir-birindən ayırır. Ona görə də “Pünik” “Qarabağ”ın rəqibi ola bilməz.
II mərhələnin oyunları iyulun 23\24-də və iyulun 30\31-də keçiriləcək.