Millimizin sabiq futbolçusu “İmişli”də
Son olaraq “Turan Tovuz”da çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Quliyev karyerasını “İmişli”də davam etdirəcək.
Msport.az xəbər verir ki, bu I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
32 yaşlı müdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.
Əvvəllər təcrübəli oyunçu “Neftçi”, “Qarabağ”, “Kəpəz” komandalarında da oynayıb.