"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussi karyerasını başa vurub.
Msport.az xəbər verir ki, norveçli yarımmüdafiəçi 36 yaşında futbolla vidalaşıb.
Qeyd edək ki, o, 2027/2018 mövsümündə icarə əsasında Ağdam klubunun formasını geyinib. Elyunussi “Fredrikstad”, “Heerenven”, “Lillestrom”, “Rosenborq”, “Hoffenhaym”, “Olimpiakos”, AİK, “Şonan Bellmare”də oynayıb.