featured-image-35844

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin “Olimpiya”ya qarşı keçirəcəyi ilk görüşünün planları müəyyənləşib.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi avqustun 23-də saat 11:00-da çarter reysi ilə birbaşa Lyublyanaya uçacaq.

Həmin gün Qurban Qurbanovun yetirmələri oyunöncəsi məşqinə çıxacaq.

“Olimpiya” – “Qarabağ” oyunu avqustun 24-də “Stojitse” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Oyundan dərhal sonra Azərbaycan çempionu vətənə qayıdacaq.

Bənzər xəbərlər