featured-image-35897

“Qarabağ” Sloveniyaya səfər proqramının açıqlayıb.

Msport.az xəbər verir ki, klubun yaydığı məlumatda bildirilir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Olimpiya” klubunun qonağı olacaq “Qarabağ” avqustun 23-ü saat 11:00-da Sloveniyaya yollanacaq.

Baş məşqçi Qurban Qurbanovun avqustun 23-ü yerli vaxt ilə 19:15-də (Bakı vaxtı ilə 21:15) mətbuat konfransı başlayacaq. Media nümayəndələrinə nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq isə yerli vaxt ilə 19:30-da (Bakı vaxtı ilə 21:30) matçın oynanılacağı “Stojitse” stadionunda keçiriləcək.

Xatırladaq ki, “Olimpiya” – “Qarabağ” oyunu avqustun 24-ü keçiriləcək. Cavab matçı avqustun 31-i Bakıda olacaq.

Bənzər xəbərlər