featured-image-46538

“Komandamız Birinci Qarabağ müharibəsi zamanı çətin dövrdən keçib”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmdafiəçisi Leandro Andrade Portuqaliya mətbuatına açıqlamasında deyib.

Kabo verdeli futbolçu əvvəlki çətinliklərə baxmayaraq, Ağdam təmsilçisinin hazırda inanılmaz inkişaf dövrü yaşadığını bildirib.

24 yaşlı vinger komanda daxilində hökm sürən ab-havaya da toxunub: “Qarabağ”da hamı bir-birinə ailə üzvü kimi yanaşır. Baş məşqçi hər şeyə çox ciddi yanaşan adamdır. O, futbolçulara ata kimidir. Baş məşqçi təkcə futbolun səviyyəsinə deyil, bizim rifahımıza da fikir verir. Heç nəyi qaçırmır”.

Bakı ilə bağlı təəssüratlarını da bölüşən futbolçu şəhərdə masir və görməli yerlərin çox olduğunu söyləyib. O, artıq Azərbaycan və rus dillərini başa düşdüyünü və bu dildə baş məşqçi Qurban Qurbanovla danışdığını qeyd edib.

Bənzər xəbərlər