featured-image-45442

“Qarabağ”ın hücumçusu Juninyonun karyerasını Türkiyədə davam etdirmək şansı artır.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, “Beşiktaş” braziliyalı forvardı transfer etməkdə israrlıdı.

İdman direktoru Samet Aybaba 27 yaşlı forvardın keçidi üçün İstanbul klubunun prezidentinin razılığını alıb. Dərhal danışıqlara başlayan Aybaba həm “Qarabağ”a, həm oyunçunun özünə, həm də menecerlərinə niyyətlərini bildirib.

Azərbaycan çempionu isə transfer müqabilində 8 milyon avro tələb edib. Lakin türkiyəlilər bu məbləğin yüksək olduğunu hesab edir. “Beşiktaş” tərəfi ağdamlıların məbləğdə endirimə gedəcəyinə inanır.

Qeyd edək ki, Juninyonun “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdi.

Bənzər xəbərlər