"Qarabağ" Keyta ilə vidalaşdı - RƏSMİ
“Qarabağ” futbolçusu Hamidu Keyta ilə vidalaşıb.
Msport.az xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.