"Qarabağ”la matça çox yaxşı köklənmişik”
“Qarabağ” işlərimizi çətinləşdirəcək yüksək səviyyəli komandadır.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan “Linkoln”un (Cəbəllütariq) futbolçusu Coe Martines deyib.
33 yaşlı ispaniyalı müdafiəçi bildirib ki, onları Azərbaycan çempionu ilə çətin oyun gözləyir: “Rəqibi öyrənmişik. Var qüvvəmizlə mübarizə aparmağa, güclü tərəflərimizdən maksimum yararlanmağa hazırıq. “Qarabağ”la matça çox yaxşı köklənmişik. Onlar topa sahib olmaqla matça nəzarət etməyə çalışacaqlar. Buna imkan verməmək üçün bacardığımızı meydanda qoymalıyıq”.
Qeyd edək ki, “Linkoln” – “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.