featured-image-58571

“Neftçi” klubunun sabiq idman direktoru Yens Andersson ölkəsinin mətbuatına açıqlama verib.

Msport.az xəbər verir ki, İsveçdən olan funksioner UEFA Avropa Liqasında keçiriləcək “Elfsborq” – “Qarabağ” oyunu haqqında danışıb.

O, Azərbaycan çempionunun güclü komanda olduğunu söyləyib: Məncə, “Qarabağ” ötən mövsüm daha yaxşı idi. “Elfsborq”un bu görüşdə işi çətin olacaq”.

Qeyd edək ki, “Elfsborq” – “Qarabağ” oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bənzər xəbərlər