featured-image-55284

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”la İsveçin “Malmö” komandası arasında keçiriləcək II tur oyununa təyinatlar açıqlanıb.

Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Anastasios Papapetru olacaq. Ona yan xətt hakimləri Trifon Petropulos və Yordanis Aptosoqlu kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandros Tsakalidis yerinə yetirəcək.

VAR hakimi Angelos Evangelou, onun köməkçisi isə Atanasios Tsilos olacaq.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq

Bənzər xəbərlər