“Qarabağ” “Napoli” səfərində
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İtaliyada “Napoli” ilə üz-üzə gələcək.
“Dieqo Armando Maradona” stadionunda baş tutacaq V turun qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Matçın baş hakimi polşalı məşhur FIFA referisi Şimon Marçinyak olacaq. “Qarabağ” Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb. Neapol klubu 4 xalla 24-cü sıradadır.
Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl turnirdə Portuqaliyanın “Benfika” (3:2), Danimarkanın “Kopenhagen” (2:0) komandalarını məğlub edib. İspaniyada “Atletik”ə uduzan (1:3) “köhlən atlar” Bakıda İngiltərə təmsilçisi “Çelsi” ilə bərabərə qalıb – 2:2.







