featured-image-35946

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Olimpiya” (Sloveniya) oyununun biletləri avqustun 23-ü saat 11:00-dan iticket.az-da satışa çıxarılacaq.

Msport.az xəbər verir ki, avqustun 31-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Bənzər xəbərlər