featured-image-35961

“Qarabağ” “Olimpiya” (Sloveniya) ilə oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

Msport.az xəbər verir ki, siyahı UEFA-nın rəsmi saytında yayımlanıb. “Olimpiya” ilə ilk oyun avqustun 24-də Lyublyanada, cavab matçı avqustun 31-i Bakıda keçiriləcək. Sifariş ərizəsində 25 futbolçu yer alıb.

Onların arasında yeni legionerlər – rusiyalı qapıçı Andrey Lunyev və braziliyalı müdafiəçi Mateus Silva da var.

Sifariş ərizəsi

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Andrey Lunyev

Müdafiəçilər: Mateus Silva, Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev

Yarımmüdafiəçilər: Julio Romao, Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Adama Diakabi, Leandro Andrade, Redon Cica, Riçard Almeyda, Patrik Andrade, Toral Bayramov

Hücumçular: Hamidu Keyta, Juninyo, Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

Bənzər xəbərlər