"Qarabağ" Polşa çempionatının ən yaxşı qapıçısını transfer etdi
“Qarabağ” heyətinə yeni qapıçı cəlb edib. Msport.az xəbər verir ki, Ağdam klubu polşalı Mateuş Koxalski ilə anlaşıb. 24 yaşlı qolkiperlə 3+1 illik müqavilə imzalanıb. Koxalski Polşanın “Stal Mielets”l klubundan transfer olunub.
O, “Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.
Koxalski 2022-ci ilin yayından “Stal Mielets”in şərəfini qoruyub. O, bunadək “Legionoviya Legionovo”, “Radomyak Radom” və “Legiya Varşava”da forma geyinib.
O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.