“Qarabağ” püşkü gözləyir
Bu gün Avropa Liqasının Liqa mərhələsinin püşkü atılacaq.
Msport.az xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri bəlli olacaq.
Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkatmada təmsilçimizin qarşılaşacağı 8 komanda bəlli olacaq.
“Qarabağ” 3-cü səbətdə yer alıb. Azərbaycan çempionu hər səbətdən iki komanda ilə – biri ilə evdə, digəri ilə səfərdə görüşəcək.
Qeyd edək ki, Liqa mərhələsi sentyabrın 25-26-da başlayacaq.
1-ci səbət
“Roma”
“Mançester Yunayted”
“Porto”
“Ayaks”
“Reyncers”
“Ayntraxt”
“Latsio”
“Tottenhem”
“Slaviya”
2-ci səbət
“Real Sosyedad”
“Alkmaar”
“Braqa”
“Olimpiakos”
“Lion”
PAOK
“Fənərbaxça”
“Makkabi” TƏ
“Ferentsvaroş”
3-cü səbət
“Qarabağ”
“Qalatasaray”
“Viktoriya” Pl
“Bodo Qlimt”
“Union Sent Jiloaz”
“Dinamo” K
“Lüdoqorets”
“Midtulland”
“Malmö”
4-cü səbət
“Atletik”
“Hoffenhaym”
“Nitsa”
“Anderlext”
“Tvente”
“Beşiktaş”
FCSB
RFS
“Elfsborq”