“Qarabağ” qapıçı axtarır
“Hazırda qapıçı axtarışındayıq. İki gün əvvəl bir qapıçı almaq üzrə olsaq da, keçid alınmadı”.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis Şahruddin Məhəmmədəliyevin tam hazır olmadığı üçün komandanın qapıçıya ehtiyacı olduğunu bildirib: “Qapıçı bütün komandaların ağrılı yeridir. Qapıda problem yaşamaq istəmirik. “Qarabağ”a dönən Şahruddin tam hazır deyil. Ona zaman lazımdır”.
Qurbanov transfer zamanı diqqətli davrandıqlarını da deyib: “Ümumiyyətlə, transfer etmək getdikcə çətinləşir. Həmişə yanlış addım atmaq istəməmişik. Amma bu, mümkünsüzdür. Bu məsələdə çox diqqətli davranmağa çalışırıq. Hazırda axtarışdayıq. Çox oyunçularla danışıqlar aparılıb. Bəziləri buraya gəlmək istəməyib, bəziləri Avropada oynamağı düşünür. Hazırda əsas hədəflərimizdən biri də əlimizdə olan oyunçuları qoruyub-saxlamaqdır”.
Qeyd edək ki, “Qarabağ” – “Linkoln” görüşün iyunun 30-da saat 20:00-da start götürəcək.