featured-image-51956

“Qarabağ”ın baş direktoru Əmrah Çelikəl və klubun İdarə Heyətinin üzvü Asif Əsgərov Suraxanı rayonuna təzəlikcə icra başçısı təyin olunmuş Adil Əliyevlə görüşüblər. Msport.az xəbər verir ki, görüş Suraxanı rayon İcra Hakimiyətində keçirilib.

A.Əliyev Ağdam klubunun görüşlərini maraqla izlədiyini bildirib və “Qarabağ”ın oyunundan zövq aldığını qeyd edib. İcra başçısı bildirib ki, iş qrafiki imkan verdikcə komandanın oyunlarına gələcək və hər zaman dəstəkləyəcək.

“Qarabağ”ın rəsmiləri A.Əliyevə fəaliyyətində uğurlar arzu ediblər. Sonda Əmrah Çelikəl icra başçısına klubun formasını hədiyyə edib.

 

Bənzər xəbərlər