“Qarabağ” “Sabah”dan üstün oldu
Azərbaycan Premyer Liqasında XIX turun oyunları davam edir.
Msport.az-ın məlumatına görə, çempionatın lideri “Qarabağ” “Bank Respublika Arena”da “Sabah”ın qonağı olub. Oyun Ağdam klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Matçda yeganə qolu 30-cu dəqiqədə Abdullah Zubir vurub.
Bundan 4 dəqiqə əvvəl isə “Qarabağ”ln cinah oyunçusu Toral Bayramov zədələnərək, meydanı tərk edib. Onu Elvin Cəfərquliyev əvəzləyib.
60-cı dəqiqədə isə “Sabah”ın mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə sinəsində ağrılar hiss edərək, meydanı tərk etməli olub. Onun yerinə Slavuk Alxasov oyuna daxil olub.
Bu qələbə sayəsində xalını 43-ə çatdıran “Qarabağ” liderliyini möhkəmlənib. Ağdam komandasının ehtiyatda bir oyunu da var. “Sabah” isə 23 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda “Keşlə” səfərdə “Səbail”i 3:0 hesabı ilə yenib. Tura martın 13-də keçiriləcək “Qəbələ” – “Zirə” və “Neftçi” – “Sumqayıt” oyunları ilə yekun vurulacaq.