featured-image-70949

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda daha 9 oyun keçirilir.

Msport.az xəbər verir ki, “Qarabağ səfərdə “Atletik”in qonağı olub.

“San Mames” stadionunda keçirilən oyun İspaniya klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.  1-ci dəqiqədə Leandro Andrade hesabı açsa da, Qurban Qurbanovun komandası üstünlüyünü qoruyub saxlaya bilməyib.

Bu, Bilbao klubunun bu mövsüm Çempionlar Liqasında ilk qələbəsi olub.

22 oktyabr

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur

20:45. “Atletik” – “Qarabağ” – 3:1 (İkinci hissə)

Qol: Leandro Andrade, 1 (0:1), Qorka Quruseta, 40 (1:1), 88, (3:1), Robert Navarro, 70 (2:1)
Baş hakim: İqor Payaç (Xorvatiya)
“San Mames” stadionu

Bənzər xəbərlər