featured-image-53008

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə Zaqreb “Dinamo”suna 0:3 hesabı ilə məğlub oldu.

Msport.az xəbər verir ki, Xorvatiya mətbuatı yerli komandanın qələbəsinə biganə qalmayıb. “vecernji.hr” saytının dünənki görüşlə bağlı yazısını təqdim edirik:

“Qarabağ” “Maksimir”də səhvlərə yol verdi, “Dinamo” onları amansızcasına cəzalandırdı. “Mavilər”i Avropa futbolunun cənnət bağından 90 dəqiqə ayırır.

“Dinamo”çuların istəyini qiymətləndirmək lazımdır. Müdafiə “oturmuşdu”, lakin yekunda ya azərbaycanlılar dəqiq oynamırdılar, ya da Nevistiç komandanı xilas edirdi. Baturina, Petkoviç, Nevistiç, Kulenoviç və başqaları oyunu böyük iradə və əzmlə keçirdilər. Onlar işlər yolunda getməyəndə belə yıxılmadılar. Petkoviçin üzərinə 3 oyunçunu çəkməsi, Baturinanın topla oynaması, Nevistiç isə təhlükəsiz idi. Bəzi çatışmazlıqlar göz qabağındadır. Məsələn, Suçiç tez-tez müdafiədən çıxırdı, Pyatsa müdafiəyə qayıtmayanda sağ cinahda çaxnaşma yaranırdı.

“Qarabağ”ın futbolçuları çox sürətlidir, komanda çoxlu qısa ötürmələrlə oynayır. “Dinamo”nun müdafiə xəttinə oylarla mübarizə aparmaq çətin idi. Hətta sürətli Oqivara da cinahında çox ləng görünürdü.

Bakıda yenə də bəxt və Yakiroviçin müdrüklüyü lazım olacaq.”

Bənzər xəbərlər