featured-image-47518

AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, Premyer Liqanın XXXII turunda qeyd alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Kəpəz”lə matçda 4 futbolçusu sarı vərəqə alan “Qəbələ” 700 manat cərimələnib.

“Neftçi” ilə görüşdə “Turan Tovuz”un futbolçusu Bruno Qonçalveş təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla 4 oyun cəzalanıb, klubunu isə 3000 manat ziyana salıb. Həmçinin oyunun gedişində qonaq komandanın azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Tovuz təmsilçisi daha 1000 manat cərimə ödəməli olacaq.

“Neftçi” isə Fövqəladə Hallar Nazirliyinin (FHN) maşını stadiona təyin edilmiş vaxtdan gec gəldiyinə görə 1000 manat xərcə düşüb. Eləcə də, qarşılaşma bitdikdən sonra futbolçuların avtobusa rahat daxil olmasına şərait yaradılmadığı üçün paytaxt klubu daha 500 manat cərimələnib.

“Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 800 manat cərimə edilib. “Qarabağ” isə azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün 800 manat cərimə ödəyəcək.

İK “Zirə” ilə matçda “Araz-Naxçıvan”ın oyunçuları tərəfindən texniki zonanın dam örtüyünə vurulmuş zərərin qonaq komanda tərəfindən qarşılanmalı olduğuna qərar verib.

Bənzər xəbərlər