“Qarabağ” “Tvente” səfərindən qələbə ilə dönür
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
Msport az xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə “Tvente”ilə üz-üzə gəlib. “De Qrolş Veste” stadionunda keçirilən görüş Ağdam klubunun 1’0 hesablı qələbəsi ilə başa çatıb.
Qolu 52-ci dəqiqədə Kadi vurub.
Komandalar arasında cavab oyunu avqustun 27-də Bakıda – Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.
Konfrans Liqası, pley-off mərhələsi, ilk oyun
20 avqust
22:00. “Tvente” (Niderland) – “Qarabağ” (Azərbaycan) – 0:1
Qol: Kadi Borges, 52
Baş hakim: Cuxin Caca (Albaniya)
“De Qrolş Veste”, Enşede, Niderland







