featured-image-51321

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkübu gün atılacaq.

Msport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi bəlli olacaq. II təsnifat mərhələsi hələ başlamadığı üçün püşkatmada əsasən cütlər iştirak edəcək. “Linkoln” – “Qarabağ” cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq.

Qurban Qurbanovun yetirmələrini püşkdə 6 mümkün variant gözləyir. Söhbət 12 klubun yer aldığı 6 cütdən gedir.

Çempionlar yolu

Səpələnmişlər

“Linkoln” – “Qarabağ” cütünün qalibi

“Ferentsvaroş” – TNS cütünün qalibi

PAOK – “Borats” cütünün qalibi

“Bodo Qlimt” – RFŞ cütünün qalibi

“Selye” – “Slovan” cütünün qalibi

“Styaua” – “Makkabi” T-Ə cütünün qalibi

Səpələnməmişlər

“Malmö” – “Klaksvik” cütünün qalibi

“Lüdoqorets” – “Dinamo” Mn cütünün qalibi

APOEL – “Petrokub” cütünün qalibi

“Panevejis” – “Yagellonya” cütünün qalibi

“Şemrok Rovers” – “Sparta” cütünün qalibi

“Santa Koloma” – “Midtulland” cütünün qalibi

Liqa yolu

Səpələnmişlər

“Reyncers”

“Slaviya”

“Zalsburq”

“Lill”

Səpələnməmişlər

“Luqano” – “Fənərbaxça” cütünün qalibi

“Dinamo” K – “Partizan” cütünün qalibi

“Union Sent Jiloaz”

“Tvente”

Qeyd edək ki, bu raundun görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.

Bənzər xəbərlər