featured-image-45130

“Qarabağ” məğlub olmasına baxmayaraq, bizim üçün qalibdir.

Msport.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev “Qarabağ” komandasının UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada “Bayer”ə 2:3 hesabı ilə məğlub olduğu oyun barədə danışarkən deyib.

O, Ağdam təmsilçisinin layiqli mübarizə apardığını bildirib: “Bizə möhtəşəm hissləri yaşatdıqları üçün bütün kollektivə təşəkkür edirik. Qurban Qurbanovun komandası “Bayer”dən öncə Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın adlı-sanlı komandalarından “Braqa”nı mübarizədən kənarlaşdırmağı bacardı. Düşünürəm ki, “Qarabağ” növbəti mərhələyə vəsiqə qazanmasa da, bizə görə qalibdir”.

Bənzər xəbərlər