featured-image-35574

“Mərhələni keçmək baxımından “Qarabağ” və “Sabah”ın şansları böyükdür”.

Bunu Msport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ramin Quliyev klublarımızın avrokubok şanslarını dəyərləndirərkən deyib.

Veteran müdafiəçi bildirib ki, Bakıdakı matçlarda qazanılan qələbələr və göstərilən oyunlar hər iki komandanın növbəti mərhələ imkanlarının yüksək olduğunu deməyə əsas verir.

O, “Neftçi”nin işinin isə çətin olduğunu söyləyib: “Amma yenə də futboldur. “Neftçi” ikinci hissədəki oyunu göstərə bilsə, daha ümidverici olacaq”.

Quliyev HİK-in evdə “Qarabağ”a sürpriz edə biləcəyini də istisna etməyib: “Hamı “Qarabağ”ın “Rakuv”u da keçəcəyini gözləyirdi, amma olmadı. Bu oyunda da hərşey ola bilər. Amma fikrimcə, “Qarabağ” kimi bir klub artıq “Rakuv”a məğlubiyyətdən nəticə çıxarıb işini bərk tutacaq. Ümid edirəm ki, oyundan-oyuna yaxşı mənada fərqli “Qarabağ” görməyə başlayacağıq”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının III təsnifat mərhələsində HİK-in, “Sabah” Konfrans Liqasında “Partizan”ın, “Neftçi” isə “Beşiktaş”ın qonağı olacaq.

Bənzər xəbərlər