featured-image-13405

“Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov komandasının UEFA Avropa Liqasında çıxışını dəyərləndirərkən Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la oyunları da xatırlayıb. Msport.az “Sport-ekspress”ə istinadən rusiyalı mütəxəssisin müsahibəsini təqdim edir:

  • Avropa Liqasının qrupuna da vəsiqə qazanmaq lazımdır. Ölkə çempionu olsan da, heç Konfrans Liqasında yerin təminat altında olmur. Çempionlar Liqasına düşmək üçün isə 8 oyun keçirməlisən. Səkkiz! Bir büdrəmə, bir uğursuz gün, pis ötürmə, doğru olmayan hakim qərarı – və hər şey başa çatacaq. Evdə “Qarabağ”la oyunumuz da belə oldu. Matçın əvvəlində demək olar ki, özümüz özümüzə qol vurduq. Geriyə bizim qapı tərəfdən qaçan rəqibin hücumçusuna ötürmə verdik. Təkbətək və artıq 5-ci dəqiqədə hesab 0:1 olur. Hərçənd Azərbaycanın yaxşı komandası ilə səfərdə keyfiyyətli oynayıb heç-heçə etdik – 1:1. Evdəki oyun belə başladı və biz dönüş yarada bilmədik. Yeri gəlmişkən, Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” “Viktoriya Plzen”dən daha yaxşı idi. Amma əgər bizimlə görüşdə “Qarabağ”ın qapıçısı kurajda idi və o bütün topları tuturdusa, orda başqa cür alındı. Azərbaycan komandası rəqibindən yaxşı oynayırdı, amma Çempionlar Liqasına düşmədi. Ona görə ki, öz ölkələrinin çempionlarına qarşı 8 oyun keçirirsən. Özü də ənənələri və səviyyəsi olan komandalara qarşı.
  • Evdə “Qarabağ”a uduzduqdan sonra macarıstanlı jurnalistlər sizi çox tənqid etdilər? Və “Ferentsvaroş”un prezidenti tərəfindən xoş olmayan sözlər səsləndi? 
  • Prezidentlə biz bu mövzuda ümumiyyətlə, danışmamışıq. Mətbuat tərəfindən də “hücumlar” olmadı. Amma çox gözəl başa düşürəm ki, suallar var, birinci növbədə özümüzün özümüzə. Səfərdəki ilk görüşdə biz necə lazımdırsa, oynadıq. Cavab matçında isə kobud səhvlə başladıq və dönüş yarada bilmədik. Birinci növbədə özümüzü sorğu-sual edirik.
  • “Qarabağ”la cavab oyunundan öncə sizin Macarıstan çempionatındakı matçınız təxirə salındı. Buna görə müraciət etmişdiz, ya liqa belə qərar verdi? 
  • İmkan olanda özümüz təxirə salma ilə bağlı müraciət edirik. Reqlamentdə belə bir məsələ var. Həmin reqlamentə əsasən, biz hətta müraciət etmədən də oyunumuzu təxirə sala bilərik. Və həmin anda da məhz belə oldu.
  • İndi necə düşünürsünüz, bu cür təxirə salmalar lazımdır? Siz 3 gündən bir oynayanda rəqiblərinizə aman vermirsiniz. Amma onda “Ferentsvaroş”un həftəlik tskli var idi və məğlub oldu. 
  • Təxirə salmalar lazımdır. çünki bəzən bu yeni nəfəs almağa imkan verir. Nəyisə uzatmağa ehtiyac yoxdur, əlində olanı qoruyub saxlamaq gərəkir. Bizim 20-dən bir az çox oyunçumuz var və hər birinə fərdi qaydada yanaşmalısan. Biz “Qarabağ”a dəqiq oyunumuz təxirə salındığı üçün uduzmadıq.

Bənzər xəbərlər