featured-image-36049

“Qarabağ” üçün çətin olacaq. Rəqib də pley-offadək gəlib. Bu cür komandalar həm istəkli, həm də ürəkli olurlar. Avropa Liqasının qrupuna düşmək üçün son şanslarıdır”.
Bu sözləri Msport.az saytına açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov deyib.
Hazırda “Araz-Naxçıvan”da məşqçi işləyən mütəxəssis Ağdam təmsilçisinin bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya “Olimpiya”sına qarşı keçirəcəyi ilk oyunu şərhh edib:
“Qarabağ” rəqibinə qarşı inkişaf etmiş, təcrübəli Avropa komandası kimi oynayacaq. Əvvəllər biz özümüz digər rəqiblərə belə yanaşırdıq. Sevindirici haldır ki, artıq vəziyyət dəyişib. İnanıram ki, “Qarabağ” öz oyununu göstərəcək. Hər hansı boşalma, arxayınlaşma olmayacaq. Səfərdə sərfəli nəticə qazanıb Bakıya rahat gələ bilərlər”.
İsmayılov “Qarabağ”ın yenə də avrokuboklarda tək qaldığını vurğulayıb: “Ümid onlaradır. Azərbaycan futbolunun yükü yenə bu komandanın çiyinlərindədir. Bütün məsuliyyəti öz üzərilərinə götürüblər. Nə qədər tənqid olunsalar da, yenə qruplara vəsiqəni təmin ediblər. Qurban Qurbanov hər şeyin ən yaxşısını bilir. İnanıram ki, “Qarabağ” bu mövsüm yeni tarix yazacaq”.
Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bənzər xəbərlər