featured-image-72054

Napoli”nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının “Qarabağ”la oyunundan əvvəl mətbuan nümayəndələrinin qarşısına çıxıb.

Msport.az xəbər veirr ki, italiyalı mütəxəssis Azərbaycan tənsilçisini sürpriz komanda kimi qiymətləndirib:

“”Atalanta” üzərində qələbə bizə yaxşı cavablar verdi, “Qarabağ”a qarşı diqqətli olmaq lazımdır. Oyunun 95 dəqiqə davam etdiyini nəzərə alaraq qiymətləndirmələr aparacağam. Biz düzgün enerji ilə gəlirik.  “Atalanta”ya qarşı asan deyildi, lakin əla oynadıq. İndi növbəti matça hazırlaşırıq. “Qarabağ” Çempionlar Liqasının sürpriz komandasıdır. Onların 7 xalı var, “Çelsi” ilə (2:2) heç-heçə edibllər, “Benfika” və “Kopenhagen” üzərində isə qələbə qazanıblar. “Qarabağ” yüksək tempdə oynayacaq, biz çox diqqətli olmalıyıq”.

Konte start heyətlə bağlı sualı da cavablandırıb:

“Start heyətində kimlərin olacağı ilə bağlı qiymətləndirmələr aparacağıq. Nəticədən asılı olaraq ehtiyat oyunçularımız arasında dəyişikliklər etmək lazım gələcək. Uşaqlar çalışır və inkişaf edirlər, yaşadığımız itkiləri nəzərə alsaq bu vacibdir. “Atalanta”ya qarşı 5 yeni oyunçu ilə başladıq, sonra Elmas meydana daxil oldu”.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” matçı noyabrın 25-də “Stadio Diego Armando Maradona” stadionunda, saat 00:00-da start götürəcək.

Bənzər xəbərlər